Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona AÇ-2024-ün qrup mərhələsi 2-ci turunda Ukrayna yığması ilə qarşıdakı oyundan danışıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bizim əsas gücümüz – təvazökarlıqdadır. Biz gücümzü 110 faiz ortaya qoymalıyıq, çünki biz kiçik millətik və azarkeşlərimizi gülümsəməyə sövq etmək istəyirik. Eyforiya (Belçika yığması üzərində qələbədən sonra – redaktorun qeydi) bir neçə saat çəkdi, amma irəliləmək üçün 3 xal müəyyən olaraq kifayət etməyəcək. Bayram etməyə hələ səbəblər yoxdur. Biz bütün diqqətimizi qarşıdakı oyuna yönəltmişik”, deyə Kaltsona vurğulayıb.
Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun “E” qrupu çərçivəsində baş tutacaq Slovakiya – Ukrayna oyunu bu gün, iyunun 21-də Düsseldorfun “Merkur Şpil-Arena” stadionunda keçiriləcək. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 17:00-da başladacaq.
2-ci tur ərəfəsində “E” qrupunun yarış cədvəli belə mənzərə yaradır:
- Rumınıya – 3 xal
- Slovakiya –3 xal
- Belçika – 0
- Ukrayna – 0


