“Finalissima” oyununun iştirakçıları məlum oldu

Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununda qarşılaşacaq iştirakçılar məlum olub.

Arena.az məlumat verir ki, həlledici oyunda İspaniya və Argentina yığmaları üz-üzə gələcəklər.

Belə ki, İspaniya yığması AÇ-2024-ün finalında İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub etməklə bu hüququ əldə edib. Argentina yığması isə 2024-cü il Amerika Kubokunun finalında Kolumbiya yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək, çempion olub və “Finalissima” oyununda iştirak hüququnu qazanıb.

Xatırladaq ki, Argentina yığması “Finalissima”nın ilk qalibidir. 2022-ci ildə keçirilmiş ilk belə oyunda “albiseleste” İtaliya yığmasını 3:0 hesabı ilə darmadağın etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: