UEFA AÇ-2024-ün rəmzi komandasını təqdim etdi

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa çempionatının (AÇ-2024) ən yaxşı futbolçularından ibarət rəmzi komandanı təqdim edib.

Arena.az UEFA-ya görə AÇ-2024-ün rəmzi komandasının heyətini diqqətinizə çatdırır:

Qapıçı: Mayk Menyan (Fransa);

Müdafiəçilər: Kayl Uoker (İngiltərə), Uilyam Saliba (Fransa), Manuel Akanci (İsveçrə), Mark Kukurelya (İspaniya);

Yarımmüdafiəçilər: Rodri, Daniel Olmo, Fabian Ruis (hamısı – İspaniya);

Hücumçular: Lamin Yamal, Niko Uilyams (hər ikisi İspaniya), Camal Musiala (Almaniya).

Xatırladaq ki, AÇ-2024 İspaniya yığmasının qalibiyyəti ilə başa çatıb. “Qırmızı qəzəb” həlledici oyunda İngiltərə yığmasını 2:1 hesabı ilə məğlub edərək, çempionluğu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: