AÇ-2025: Millimiz son oyunda uduzdu, C Liqasına düşdü

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində sonuncu matçına çıxıb.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə İsveçrə yığması ilə üz-üzə gəlib.

B Liqasının 1-ci qrupu çərçivəsində Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutan görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edib. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start verilib. Oyun millimizin böyükhesablı məğlubiyyəti ilə bitib.

Qrupun digər matçında Macarıstan yığması Türkiyə millisini qəbul edib. Beş qolun qeydə alındığı bu oyunda da türklər darmadağına seviniblər.

Xatırladaq ki, Azərbaycan millisi bu qrupdakı ilk matçını səfərdə Macarıstan yığmasına qarşı keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi – 1:1. İsveçrə yığması ilə ev oyununda isə komandamız böyük hesabla uduzmuşdu – 0:4. Türkiyə yığmasına səfərdə 0:1 hesabıyla uduzan komandamız doğma meydanda bu rəqibini eyni hesabla məğlub etmişdi. Son olaraq Bakıda macarlarla qarşılaşmış Azərbaycan yığması 5 cavabsız qola üzülmüşdü.

İsveçrə yığması isə keçirdiyi beş oyundan dördündə qalib gəlmişdi və yalnız macarlara səfərdə 0:1 hesabıyla uduzmuşdu.

15 xalla qrupu birinci pillədə başa vuran İsveçrə yığması A Liqasına yüksəlib. 4 xalla dördüncü yeri tutan Azərbaycan milli komandası isə növbəti mövsüm C Liqasında mübarizə aparacaq.

AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup
16 iyul

İsveçrə – Azərbaycan 3:0
Hakimlər: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Suzana Valentova (hamısı Slovakiya).
Lozanna, “Olimpik De La Pontez” stadionu.

İsveçrə: 12. Livia Peng, 18. Viola Kalliqaris, 15. Luana Bühler, 5. Noelle Maritz, 2. Yulia Stierli (8. Nadine Riesen, 46), 4. Noemi İvelj (17. Naomi Luyet, 46), 10. Ramona Bakmann (k) (23. Alişa Lehmann, 46), 22. Meriame Terçoun (14. Smilla Vallotto, 46), 6. Geraldine Reuteler, 9. Ana-Maria Krnoqorçeviç, 13. Lidia Andrade (7. Sidney Şertenleib, 74).
Baş məşqçi: Pia Sundhaqe.

Azərbaycan: 1. Aytac Şərifova, 4. Nigar Mirzəliyeva, 7. Manə Mollayeva, 18. Alina Dorofeyeva, 5. Ayşən Əhmədova, 2. Diana Məmmədova (11. Vüsalə Seyfəddinova, 84), 23. Yeliz Acar, 16. Nazlıcan Parlak, 20. Peritan Bozdağ (21. Fidan Cəfərova, 90+3), 9. Sevinc Cəfərzadə (k).
Baş məşqçi: Siyasət Əsgərov.

Xal: İsveçrə – 15. Türkiyə – 9. Macarıstan – 7. Azərbaycan – 4.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: