“Real”ın baş məşqçisi Karlo Ançelotti AÇ-2024-də İspaniya yığmasının qalibiyəytini şərh edib, ulduz futbolçuların uğursuzluğunu da açıqlayb.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“İspaniya yığması qələbəyə layiq idi, onların daha istedadlı və təravətli oyunçuları vardı. Bu Avropa çempionatında yüksək tezlik yox idi. Bir çox ulduz futbolçu yarışa yorğun gəlmişdi”, deyə Ançelotti vacib məqama diqqət çəkib.
Xatırladaq ki, AÇ-2024-ün finalında İspaniya yığması İngiltərə komandası üzərində 2:1 hesablı qələbə qazanaraq, tarixində 4-cü dəfə Avropa çempionu olub. Bu, Avropa çempionatlarının mütləq rekordudur.


