“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Ludororets”lə səfər matçını canlı izləyəcək.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ludororets”lə mübarizə aparan “Qarabağ” bu gün cavab oyununun keçiriləcəyi Bolqarıstana yola düşüb. Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl bu vacib səfər matçında komandasını tək qoymayıb. O, qarşılaşmanı canlı izləmək üçün Razqrada yollanıb. Səfərə komanda ilə birgə çıxan klub prezidenti yolboyu futbolçularla səmimi söhbət edib. Ağdam klubunun rəhbəri futbolçulara inamını ifadə edib.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilmiş “Qarabağ” – “Ludoqorets” matçında Ağdam klubu 1:2 hesablı məğlubiyyətə üzülmüşdü. Bu üzdən də Azərbaycan çempionu pley-offa vəsiqənin taleyinə səfər matçında aydınlıq gətirməlidir. Sabah keçiriləcək “Ludoqorets” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.


