Lamin Yamalın atası bıçaqlanaraq xəstəxanaya düşdü

“Barselona”nın gənc ulduzu Lamin Yamalın atası Munir Nəsraui bıçaqlandıqdan sonra xəstəxanaya yerləşdirilib.

Arena.az bu bardə “Relevo” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, tibbi yardım almış kişi artıq evə buraxılıb, onun həyatı üçün təhlükə yoxdur və hazırda ailəsinin yanında dincəlir.

Hadisənin baş verdiyi şəraitlə bağlı dəqiq təfərrüat açıqlanmayıb. Amma İspaniyanın bəzi kütləvi informasiya vasitələri Yamalın atasının Barselonanın Mataro şəhərətrafı qəsəbəsindəki dayanacaqda münaqişəyə düşdüyü barədə məlumat verirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: