Misir yığmasının və “Zamalek”in sol cinah müdafiəçisi Əhməd Abul-Fetuh bir polis məmurunu avtomobillə vurub öldürməkdə ittiham edilir.
Arena.az bu barədə “FOX Sports” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, hadisə 26 yaşlı Abul-Fetuhun öz avtomobilini narkotik vasitənin təsiri altında idarə edərkən baş verib.
İttiham tərəfi həmçinin Abul-Fetuhun avtomobillə “son dərəcə yüksək sürətlə” hərəkət etdiyini vurğulayır.
Misirli müdafiəçi bir neçə gündür ki, həbsdədir. Dünən, avqustun 15-də futbolçu məhkəmə iclasına çağırılıb. Öz növbəsində “Zamalek” futbol klubu futbolçusuna gərəkli hüquqi yardım göstərdiyini açıqlayıb.
Əhməd Abul-Fetuh 2019-cu ilin martında debüt etdiyi Misir yığmasının heyətində 28 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.


