Kristof Daum dünyasını dəyişdi

“Köln”, “Ştutqart”, “Beşiktaş”, “Bayer” və “Fənərbaxça”da işi ilə məşhur olan alman mütəxəssis Kristof Daum vəfat edib.

Arena.az bu barədə Almaniya Bundesliqanın rəsmi saytına istinadən məlumat verir.

Xərçəng xəstəliyindən əziyyət çəkən alman mütəxəssis 70 yaşında həyatla vidalaşıb.

Daumun məşqçilik karyerası “Köln”lə başlayıb, alman mütəxəssis 1986-1990-cı və 2006-2009-cu illərdə “keçilər”in sükanı arxasında olub.

1990-1993-cü illərdə alman mütəxəssis “Ştutqarta”ı çalışdırıb. 1996-2000-ci illərdə isə Kristof Daum “Bayer”in sükanı arxasında olub.

Daum Türkiyədə “Beşiktaş” və “Fənərbaxça”nı çalışdırması ilə tanınıb. Alman mütəxəssis 2001-2002-ci illərdə “qara qartal”ı, 2003-2006-cı və 2009-2010-cu illərdə isə “Fənər”i çalışdırıb.
Daum həmçinin “Austriya” (Vyana), “Ayntraxt” (Frankfurt), “Brügge” və “Bursaspor”un da sükanı arxasında çalışıb.

Daumun son iş yeri 2016-2017-ci illərdə rəhbərlik etdiyi Rumıniya yığması olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: