Fonseka “Milan”ın “Liverpul”a məğlubiyyətini şərh etdi

“Milan”ın baş məşqçisi Paulo Fonseka Çempionlar Liqasının əsas mərhələsinin “Liverpul”la 1-ci tur oyunundakı məğlubiyyətə aydınlıq gətirib.

Arena.az xatırladır ki, “rossoneri” ev oyununda hesabı açsa da, “qırmızılar” “San Siro”dan 3:1 hesablı əzmkar səfər qələbəsi ilə ayrılıblar.

“Biz oyuna yaxşı başladıq, amma sonra təyin edilmiş standart vəziyyətlərdən iki qol buraxdıq, bunlar isə oyunu dəyişdi. Belə oyunlarda səhv etmək olmaz.

Bizim, oyuna düzgün sazlanmamız əskik idi. Düşünürəm ki, yaxşı başladıq, amma qol buraxdıqdan sonra komanda müvazinətini itirdi və “Liverpul” kimi bir komandaya qarşı həlledici səhvlər buraxmağa başladı. Bunu da deməliyəm ki, “Liverpul” daha yaxşı idi”, – Fonseka matçdan sonrakı mətbuat konfransında bildirib.

“Liverpul” Çempionlar Liqasının ümumi mərhələsinin yarış cədvəlində 3 xalla 4-cü pillədə qərarlaşıb. Xalsız “Milan” isə 31-ci yerdədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: