Joao Feliks: “Azərbaycanla matçda hədəfimizə çatdıq”

Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Joao Feliks DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Madrid “Atletiko”sunun formasını geyinən 22 yaşlı futbolçu 1:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:

“Azərbaycanla oyunda saysız-hesabsız qol imkanlarımız oldu. Qələbə qazanmaq əsas hədəfimiz idi və bu hədəfə çatdıq”.

Joao Feliks Serbiyaya qarşı keçirəcəkləri növbəti oyundan da söz açıb:

“Bu qarşılaşma Azərbaycanla matçdan tamam fərqli olacaq. Amma qalib gələcəyimizə ümid edirik. Onlar açıq oyuna üstünlük verir. Bu isə bizim üçün sərfəli ola bilər”.

Qeyd edək ki, Portuqaliya yığması martın 27-də Serbiyanın, martın 30-da isə Lüksemburqun qonağı olacaq. Azərbaycan millisi isə növbəti oyunlarını Qətər və Serbiyaya qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: