Premyer Liqa: “Sumqayıt” “Zirə”yə, “Səbail” “Sabah”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 7-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı “Səbail”lə “Sabah” arasında keçiriləcək. Bayılda baş tutacaq oyunda “dənizçilər” uğursuz gedişata son qoymağa çalışacaqlar. Son iki oyununda məğlubiyyətə üzülmüş Şahin Diniyevin komandası hazırda 4 xalla 8-ci pillədə qərarlaşıb. Son turlarda işləri yaxşı gedən “bayquşlar” isə 11 xalla 4-cüdür.

“Səbail”lə “Sabah” 24-cü dəfə Premyer Liqada üz-üzə gələcəklər. Əvvəlki 23 oyunda “dənizçilər” 7, “bayquşlar” 11 qələbə qazanılar, 5 görüş bərabərliklə bitib. Son 5 oyunda meydan sahibi olan tərəf uduzmayıb. Son 6 matçda 2 və ya daha çox qol vurulub.

Turun son matçında isə “Sumqayıt” “Zirə” ilə üz-üzə gələcək. Son üç oyunda xala həsrət qalmış Samir Abasovun komandası bu oyuna dönüş nöqtəsi gözü ilə baxır. Amma “Zirə” də səfərdən xal və ya xallarla qayıtmaq arzusundadır. Hazırda “Sumqayıt” 6 xalla 7-ci, “Zirə” isə 9 xalla 6-cıdır.

“Sumqayıt”la “Zirə” bu günə qədər çempionatda 35 oyunda üz-üzə gəliblər. Sumqayıtlılar bu oyunlarda cəmi 6, zirəlilər isə 18 qələbəni bayram ediblər, 11 görüş bərabərliklə yekunlaşıb. Komandaların son üç görüşündə qol vurulmayıb. “Zirə” 15 oyundur “Sumqayıt”a uduzmur.

Premyer Liqa
7-ci tur

20 sentyabr

“Kəpəz” – “Şamaxı” 0:2
Qollar: Brahim Konate, 16. Georgi Kantariya, 19.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tovuz şəhər stadionu. 17:00.

“Qarabağ” – “Neftçi” 4:0
Qollar: Robert Bauer, 18-öz qapısına. Olaviyo Juninyo, 29. Yassin Benzya, 45+2. Leandro Andrade, 90+1.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Azərsun Arena”. 20:00.

21 sentyabr

“Turan Tovuz” – “Araz-Naxçıvan” 1:2
Qollar: Ayxan Hüseynov, 48 – Ramon Maçado, 44. Felipe Santos, 57.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Tovuz şəhər stadionu. 18:00.

22 sentyabr

“Səbail” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Eyyub İbrahimov, Kamran Əliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bayıl Arena”. 18:00.

“Sumqayıt” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 20:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: