U-17 millimiz Rustaviya gedir – Yoxlama oyunu da keçiriləcək

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) sabahdan etibarən təlim-məşq toplanışına start verəcək.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, yığmamız 23-25 sentyabr aralığında Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək. 25 sentyabr-1 oktyabr aralığında isə millimiz Gürcüstanın Rustavi şəhərində təlim-məşq toplanışında olacaq. U-17 yığmamız burada yoxlama görüşü də keçirəcək.

U-17-yə dəvət olunan futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Firuzə Bayramova – Dinamo Balakən
  2. Nərgiz Ağalıyeva – Şəfa
  3. Aygün Novruzova – Sabah
  4. Arzu Cəfərova – Şəfa
  5. Xanım Əsədova – Neftçi
  6. Bədriyyə Mövludova – Şəfa
  7. Ayşən Salamzadə – Neftçi
  8. Səma Əsədova – Neftçi
  9. Aysu Əsədova – Sabah
  10. Aylin Kərimova – Neftçi
  11. Elizaveta Vaysman – Şəfa
  12. Arzu Ağalıyeva – Şəfa
  13. Ayan Abdiyeva – Şəfa
  14. Şəhanə Mirzəliyeva – Mingəçevir
  15. Suel Polikarpova – Ulduz
  16. Məryəm Səmədli – Səbail
  17. Sara Səlimova – Gömrükçü
  18. Elmira Hüseynova – Ulduz
  19. Könül Hüseynova – Mingəçevir
Xəbəri sosial şəbəkələrdə paylaş: