U-15 millimiz Qəbələdə bir araya gəlir – Türkiyə ilə oyunlar üçün

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-15) oktyabrın 23-dən noyabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

Arena.az xəbər verir ki, yığmamız toplanış zamanı Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə oktyabrın 28-də və 31-də iki yoxlama oyunu keçirəcək.

Türkiyənin U-15 yığması isə oktyabrın 26-dan noyabrın 1-nə qədər Qəbələdə təlim-məşq toplanışında olacaq.

Azərbaycan millisinə dəvət edilən futbolçuların siyahısı belədir:

  1. Bilal Hacıyev – Qarabağ
  2. Oqtay Mehrəliyev – Qarabağ
  3. Uğur Qurbanlı – Qarabağ
  4. Vaqif Nəbiyev – Qarabağ
  5. Əbubəkir Abdullayev – Sabah
  6. Ruslan Quliyev – Neftçi
  7. Arda Əzizli – Qarabağ
  8. Roman Fərzəli – Qarabağ
  9. Vaqif Məmmədli – Sabah
  10. Ömər Fətəliyev – Qarabağ
  11. Mehdi İsmayılov – Qəbələ
  12. Cəfər Balakişiyev – Zirə
  13. Nihad Hüseynzadə – Sabah
  14. Yusif Orucəliyev – EFA
  15. Əli Bəşirov – Qarabağ
  16. Mirzə Məmmədli – Sumqayıt
  17. Murad İsmayılov – Qarabağ
  18. Tunar Bayramov – Qəbələ
  19. Cavidan Əlizadə – Qarabağ
  20. Tunar Əsgərzadə – Sumqayıt
  21. Rəvan Məmmədov – Sabah
  22. Ruslan Əbilov – Sabah
  23. Ömər Kosayev – Sumqayıt
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: