UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulur

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinə yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu – 6-cı tur çərçivəsində son 9 qarşılaşma baş tutacaq.

Fernando Santosun baş məşqçisi olduğu Azərbaycan yığması səfərdə İsveç millisi ilə üz-üzə gələcək. Milllimizlə yanaşı, bu gün Türkiyə yığması da meydana çıxacaq. Qardaş ölkənin komandası səfərdə Monteneqro ilə üz-üzə gələcək.

Niderland səfərdə Bosniya və Herseqovinanın, Almaniya isə Macarıstanın qonağı olacaq.

Qeyd edək ki, noyabrın 22-də UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
19 noyabr

A Liqası, 3-cü qrup

23:45. Bosniya və Herseqovina – Niderland
23:45. Macarıstan – Almaniya

Xallar: Almaniya – 13. Niderland – 8. Macarıstan – 5. Bosniya və Herseqovina – 1.

B Liqası, 1-ci qrup

23:45. Çexiya – Gürcüstan
23:45. Albaniya – Ukrayna

Xallar: Çexiya – 8. Gürcüstan – 7. Albaniya – 7. Ukrayna – 5.

B Liqası, 4-cü qrup

23:45. Monteneqro – Türkiyə
23:45. Uels – İslandiya

Xallar: Türkiyə – 11. Uels – 9. İslandiya – 7. Monteneqro – 0.

C Liqası, 1-ci qrup

23:45. Slovakiya – Estoniya
23:45. İsveç – Azərbaycan

Xallar: İsveç – 13. Slovakiya – 10. Estoniya – 4. Azərbaycan – 1.

D Liqası, 2-ci qrup

23:45. Malta – Andorra

Xallar: Moldova – 9. Malta – 6. Andorra – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş: