A Seriyası: “Milan” evdə, “İnter” səfərdə xal itirdi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 31-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Montsa” – “Komo” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Parma” – “İnter” və “Milan” – “Fiorentina” matçlarında isə oxşar hesablı heç-heçə qeydə alınıb. Milan təmsilçilərindən biri 2 cavabsız qolla üstünlüyü əldən verib, digəri isə məğlubiyyətdən xilas olub.

31-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İtaliya, A Seriyası
31-ci tur
4 aprel

Cenoa – Udineze 1:0
Qol: Zanoli, 77.

5 aprel

Montsa – Komo 1:3
Qollar: Mota, 5 – İkone, 16. Diao, 39. Voyvoda, 51.

Parma – İnter 2:2
Qollar: Bernabe, 60. Ondreyka, 69 – Darmian, 15. Türam, 45.

Milan – Fiorentina 2:2
Qollar: T.Abraham, 23. Yoviç, 64 – Tiav, 7-öz qapısına. M.Kin, 10.

6 aprel

14:30. Leççe – Venesiya
17:00. Empoli – Kalyari
17:00. Torino – Verona
20:00. Atalanta – Latsio
22:45. Roma – Yuventus
22:45. Bolonya – Napoli

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: