Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 36-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha üç görüş baş tutub.
“Sassuolo” – “Udineze” matçında qalib müəyyənləşməyib. Səfərdə “Torino” ilə qarşılaşan “Napoli” 3 xalı tək qolla qazanıb. “Latsio” isə doğma meydanda “Sampdoriya” üzərində inamlı qələbəyə sevinib.
Lider “Milan”ı bu turda “Verona” ilə səfər matçı gözləyir. Turun maraqlı oyunlarından biri də “Fiorentina” ilə “Roma” arasında keçiriləcək.
İtaliya A Seriyası
36-cı tur
6 may
İnter – Empoli 4:2
Qol: Romanyoli, 40-öz qapısına. L.Martines, 45; 64. A.Sançes, 90+4 – Pinamonti, 5. Asllani, 28.
Cenoa – Yuventus 2:1
Qol: Qudmundsson, 87. Krişito, 90+5-pen – Dibala, 48.
7 may
Torino – Napoli 0:1
Qol: F.Ruis, 73.
Sassuolo – Udineze 1:1
Qol: Skamakko, 6 – Naytink, 77.
Latsio – Sampdoriya 2:0
Qol: Patrik, 41. L.Alberto, 59.
8 may
14:30. Spetsiya – Atalanta
17:00. Venesiya – Bolonya
20:00. Salernitana – Kalyari
22:45. Verona – Milan
9 may
22:45. Fiorentina – Roma


