Futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2021/22 mövsümünün sonuncu turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü 38-ci tur çərçivəsində daha dörd qarşılaşma baş tutub.
“Cenoa” evdə “Bolonya”ya, “Atalanta” isə “Empoli”yə minimal hesabla uduzub.
Altı qolun qeydə alındığı “Latsio” – “Verona” matçında qalib müəyyənləşməyib. Səfərdə “Fiorentina” ilə qarşılaşan “Yuventus” isə uğursuz mövsümü məğlubiyyətlə tamamlayıb.
Çempionluq mübarizəsinin son tura kimi davam etdiyi A Seriyasında mövsümün ən güclüsünün adına mayın 22-də aydınlıq gələcək. Lider “Milan” səfərdə “Sassuolo” ilə üz-üzə gələcək. “Milan”ın büdrəməsinə ümid edən “İnter” isə evdə “Sampdoriya”nın müqavimətini qırmağa çalışacaq.
İtaliya A Seriyası
38-ci tur
20 may
Torino – Roma 0:3
Qol: T.Abraham, 33; 42-pen. Pelleqrini, 78-pen.
21 may
Cenoa – Bolonya 0:1
Qol: Barrou, 66.
Atalanta – Empoli 0:1
Qol: Ştulaç, 79.
Latsio – Verona 3:3
Qol: Kabral, 16. Anderson, 29. Pedro, 62 – Simeone, 6. Lasanya, 14. Honqla, 76.
Fiorentina – Yuventus 2:0
Qol: Dunkan, 45+1. N.Qonzales, 90+2-pen.
22 may
14:30. Spetsiya – Napoli
20:00. İnter – Sampdoriya
20:00. Sassuolo – Milan
23:00. Venesiya – Kalyari
23:00. Salernitana – Udineze


