ABL: “Ordu” “Gəncə”yə məğlub oldu

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2026/2027-ci illər mövsümünün ilk turunun daha bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir qarşılaşma baş tutub.

Turun növbəti oyununda “Gəncə” “Ordu” ilə üz-üzə gəlib. Bakı İdman Sarayında baş tutmuş görüşdə “Gəncə” 92:90 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, daha öncə keçirilmiş mövsümün ilk oyununda son çempion “Sabah” “LANDAU Lions”u 84:74 hesabı ilə məğlub etmişdi. İkinci oyunda isə “Sumqayıt” NTD üzərində 111:94 hesablı qələbəyə sevinmişdi.

ABL-də yeni mövsümün ilk turunun bir oyunu isə təxirə salınıb. Belə ki, “Naxçıvan” – “Neftçi” görüşü Bakı təmsilçisinin FIBA Avropa Kubokunda iştirakına görə başqa tarixdə keçiriləcək. Bu oyunun hansı tarixdə keçiriləcəyi hələlik məlum deyil.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: