17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2023) seçmə mərhələsində ilk matçına çıxıb. Arena.az xəbər verir ki, yığmamız qrup oyunlarının keçirildiyi Bosniya və Herseqovinadakı ilk sınağında Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
Baş məşqçi Nərgiz Qurbanovanın yetirmələri bu oyunda inamlı qələbəyə seviniblər. İlk yarıda penaltidən vurulan qolla hesabı açan yığmamız matçın sonlarında yekun nəticəni müəyyənləşdiriblər.
Yığmamızın yer aldığı qrupun digər oyununda Bosniya və Herseqovina yığması Monteneqro ilə üz-üzə gəlib. Altı qolun qeydə alındığı bu oyunda da meydan sahibləri 4:2 hesablı qələbəyə seviniblər.
Xatırladaq ki, Azərbaycan millisi AÇ-2023-ün seçmə mərhələsində B Liqasının 2-ci qrupunda mübarizə aparır. Yığmamız növbəti oyunlarında Bosniya və Herseqovina və Yunanıstanla qarşılaşacaq. Qrupdakı növbəti oyun martın 25-də məhz Bosniya və Herseqovinaya qarşı olacaq. Həmin gün Monteneqro yığması da Qazaxıstanla üz-üzə gələcək.
AÇ-2023-ün seçmə mərhələsi
B Liqası, 2-ci qrup
22 mart
Azərbaycan – Qazaxıstan 2:0
Qollar: Ayşən Salamzadə, 17-pen. Aydan Həsənova, 80.
Baş hakim: Viki De Kremer (Belçika).
Baş hakimin köməkçiləri: Marqot Yakobs (Belçika), Merima Tanoviç (Bosniya və Herseqovina).
Dördüncü hakim: Almasa Hodzic (Bosniya və Herseqovina)
22 mart. Saat 17:00. “Novi Qradski” stadionu (Uqljevik).
Azərbaycan: 1. Mehriban Şahməmmədova, 2. Məsumə Nəzərli, 3. Aydan Həsənova (k), 4. Lalə Abbaszadə, 6. Aysu Murtuzayeva, 7. Pərişan Abdullayeva, 10. Röya Əilyeva, 11. Ayşən Salamzadə, 14. Aydan Əkbərova, 16. Xanım Əsədova, 17. Şəkər Piriyeva.
Ehtiyat oyunçular: 12. Güləsər İsmayılova, 5. Fatimə Əhmədova, 8. Səma Həsənli, 9. Fatimə Məhərrəmli, 13. Firuzə Bayramova, 15. Ülviyyə İslamova, 18. Vahidə Əlipaşayeva, 19. Ləman Əliyeva, 20. Bədriyyə Mövludova.
Baş məşqçi: Nərgiz Qurbanova.


