Artıq məlum olduğu kimi, Avropa çempionatının (AÇ-2024) İspaniya – İngiltərə final oyununa baş hakim Fransua Leteksye təyin edilib.
Arena.az məlumat verir ki, 35 yaşlı fransız Avropa çempionatları tarixində final oyununu idarə edəcək ən gənc hakim olacaq.
Xatırladaq ki, AÇ-2024-ün İspaniya və İngiltərə yığmaları arasında keçiriləcək final oyunu iyulun 14-də baş tutacaq. Hakim oyunu Bakı vaxt ilə saat 23:00-da başladacaq.


