2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının (AÇ-2024) seçmə qrup mərhələsində sonuncu – 10-cu turun oyunları keçirilir.
Arena.az xəbər verir ki, bu gün daha üç qrup (C, E və H qrupları) üzrə 7 qarşılaşma baş tutacaq.
C qrupunda Ukrayna – İtaliya matçına daha böyük maraq var. Çünki bu oyunda AÇ-yə vəsiqənin taleyi həll olunacaq. İngiltərə yığması da Şimali Makedoniyanın qonağı olacaq.
E qrupunda Albaniya yığması doğma meydanda Farer adalarını, Çexiya isə Moldovanı sınağa çəkəcək.
H qrupunda Şimali İrlandiya – Danimarka, San Marino – Finlandiya və Sloveniya – Qazaxıstan oyunları keçiriləcək.
Xatırladaq ki, daha öncə Belçika, Fransa, Portuqaliya, İspaniya, Şotlandiya, Türkiyə, Avstriya, İngiltərə, Macarıstan, Slovakiya, Albaniya, Danimarka, Niderland, Rumıniya, İsveçrə və Serbiya yığmaları gələn il baş tutacaq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin ediblər. Almaniya yığması da təşkilatçı kimi növbəti qitə çempionatının iştirakçıları arasında yerini alıb.
Onu da qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2024-cü ilin mart ayında yekun vurulacaq.
AÇ-2024-ün seçmə mərhələsi
Qrup mərhələsi, 10-cu tur
20 noyabr
C qrupu
23:45. Ukrayna – İtaliya
23:45. Şimali Makedoniya – İngiltərə
Xal: İngiltərə – 19. İtaliya – 13. Ukrayna – 13. Şimali Makedoniya – 7. Malta – 0.
E qrupu
23:45. Albaniya – Farer adaları
23:45. Çexiya – Moldova
Xal: Albaniya – 14. Çexiya – 12. Polşa – 11. Moldova – 10. Farer adaları – 1.
H qrupu
23:45. Şimali İrlandiya – Danimarka
23:45. San Marino – Finlandiya
23:45. Sloveniya – Qazaxıstan
Xal: Danimarka – 22. Sloveniya – 19. Qazaxıstan – 18. Finlandiya – 15. Şimali İrlandiya – 6. San Marino – 0.


