Futbol üzrə Albaniya millisinin bu yay Almaniyada keçiriləcək Avropa çempionatı (AÇ-2024) üçün ilkin heyəti açıqlanıb.
Arena.az bu barədə Albaniya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Baş məşqçi Silvinyo siyahıya 27 futbolçu daxil edib. Yekun heyətdə maksimum 26 futbolçu ola bilər.
Qapıçılar: Etrit Berişa (“Empoli”, İtaliya), Tomas Strakoşa (“Brentford”, İngiltərə), Elhan Kastrati (“Çittadella”, İtaliya), Simon Simoni (“Ayntraxt”, Almaniya);
Müdafiəçilər: Nasser Aliji (“Voluntari”, Rumıniya), Arlind Ayeti (ÇFR, Rumıniya), İvan Balyu (“Rayo Valyekano”, İspaniya), Berat Djimsiti (“Atalanta”, İspaniya), Elseid Husay (“Latsio”, İtaliya), Mario Mitai (“Lokomotiv”, Moskva, Rusiya), Maraş Kumbulla (“Sassuolo”, İtaliya), Adrian İsmaili (“Empoli”, İtaliya), Mihai Enea (“Famalikan”, Portuqaliya);
Yarımmüdafiəçilər: Amir Abraşi (“Qrasshopper”, İsveçrə), Kristian Aslani (“İnter”, İtaliya), Nedim Bayrami (“Sassuolo”, İtaliya), Medon Berişa (“Leççe”, İtaliya), Klaus Qyasulya (“Darmştadt”, Almaniya), Kazım Lyaçi (“Sparta”, Praqa, Çexiya), Ernest Muçi (“Beşiktaş”, Türkiyə), Yulber Ramadani (“Leççe”, İtaliya);
Hücumçular: Armando Broxa (“Fulhem”, İngiltərə), Yasir Asani (“Qvanqyu”, Cənubi Koreya), Mirlind Daku (“Rubin”, Rusiya), Arber Hoca (“Dinamo”, Zaqreb, Xorvatiya), Rey Manay (“Sivasspor”, Türkiyə), Taulant Seferi (“Baniyas”, BƏƏ)
Qeyd edək ki, Albaniya yığması Avropa çempionatından öncə Lixtenşteyn (3 iyun) və Azərbaycan (7 iyun) milliləri ilə yoldaşlıq oyunları keçirəcək. Bu komanda qitə birinciliyində İspaniya, İtaliya və Xorvatiya milliləri ilə B qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.


