AÇ-2024: Niderland millisinin yekun heyəti müəyyənləşdi

Futbol üzrə Niderland yığma komandasının qarşıdakı Avropa çempionatında (AÇ-2024) iştirak edəcək yekun heyəti müəyyənləşib.

Arena.az bu barədə Niderland yığmasının “X” sosial şəbəkə hesabına istinadən məlumat verir.

Vurğulayaq ki, ilkin siyahıda 28 futbolçu yer almışdı. Yekun iştirak ərizəsinə isə yalnız 26 futbolçu daxil edilə bilər. Bu üzdən də baş məşqçi Ronald Kuman qapıçı Nik Olay və müdafiəçi Yan Matseni yekun heyətə daxil etməyib. İlkin heyətdə yer alanlardan Marten de Ron da Avropa çempionatına aparılmayacaq. Əvəzində məşqçilər korpusu Kodi Qakpoya dəvət göndəriblər.

Niderland yığmasının Avropa çempionatı üçün yekun heyətini təqdim edirik:

Qapıçılar: Bart Verbryuggen (“Brayton”, İngiltərə), Mark Flekken (“Brentford”, İngiltərə), Yustin Beylo (“Feyenord”);

Müdafiəçilər: Matteys de Liqt (“Bayern”, Almaniya), Vircil van Deyk (“Liverpul”, İngiltərə), Natan Ake (“Mançester Siti”, İngiltərə), Ceremi Frimponq (“Bayer”, Almaniya), Deyli Blind (“Jirona”, İspaniya), Stefan de Vrey (“İnter”, İtaliya), Lyutsharel Gertreyda (“Feyenord”), Denzel Dumfris (“İnter”, İtaliya), Mikki van de Ven (“Tottenhem”, İngiltərə);

Yarımmüdafiəçilər: Corcinio Veynaldum (“Əl-İttifaq”, Səudiyyə Ərəbistanı), Kodi Qakpo (“Liverpul”, İngiltərə), Frenki de Yonq (“Barselona”, İspaniya), Xavi Simons (“Leypsiq”, Almaniya), Yerdi Sxauten (PSV), Ticani Reynders (“Milan”, İtaliya), Doniell Malen (“Borussiya”, Dortmund, Almaniya), Ten Kopmeyners (“Atalanta”, İtaliya), Stiven Berqveyn (“Ayaks”), Rayan Qravenberx (“Liverpul”, İngiltərə), Yoey Verman (PSV);

Hücumçular: Memfis Depay (“Atletiko”, Madrid, İspaniya), Vaut Veqorst (“Hoffenhaym”, Almaniya), Brayan Brobbi (“Ayaks”).

Qeyd edək ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.

Niderland yığması “D” qrupunda Fransa, Avstriya və Polşa yığmaları ilə mübarizə aparacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: