Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində ilk oyununu keçirib.
Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Macarıstan yığması ilə üz-üzə gəlib.
B Liqasının 1-ci qrupunun oyununu ingilis hakim Kirsti Doul idarə edib. Macarıstanın Şeged şəhərindəki “Şent Gellert Forum” stadionunda baş tutan oyun 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı meydan sahibləri açsa da, millimiz hesaba tarazlıq gətirməyi bacarıb. Komandamızın bərabərlik qolunu 74-cü dəqiqədə Sevinc Cəfərzadə vurub.
Qrupun digər matçında Türkiyə yığması İsveçrə millisinin qonağı olub. Bu görüş isə meydan sahibi İsveçrə yığmasının 3:1 hesablı qələbəsiylə yekunlaşıb.
Xatırladaq ki, Azərbaycan millisi bu qrupdakı növbəti matçını aprelin 9-da Bakıda İsveçrə yığmasına qarşı keçirəcək. Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq bu görüşə saat 16:00-da start veriləcək.
AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup
5 aprel
Macarıstan – Azərbaycan 1:1
Qollar: Henrietta Çizar, 44 – Sevinc Cəfərzadə, 74.
Baş hakim: Kristi Doul (İngiltərə).
Baş hakimin köməkçiləri: Sofi Denninqton, Rubi Sukes (İngiltərə).
Dördüncü hakim: Emili Heslip (İngiltərə).
Baş hakim: Kirsti Doul (İngiltərə).
“Şent Gellert Forum” stadionu.
Macarıstan: 1. Reka Şoçs, 18. Laura Kovaç, 20. Lilla Turanyi, 17. Hanna Nemes, 13. Sintiya Öreq, 23. Luça Papp, 3. Henrietta Çizar, 6. Evelin Fenyves (9. Dora Süle, 88), 19. Dora Zeller (7. Sanett Kayan, 72), 8. Viktoriya Şabo (5. Emoke Papay, 88), 16. Diana Şanyi (15. Fanni Vaçter, 81).
Ehtiyat oyunçular: 12. Lauren Bruksi, 22. Fruzsina Şkildkraut, 2. Betriks Fördös, 4. Sara Pustay, 10. Anna Csiki, 11. Viraq Naqi, 14. Silla Savanya, 21. Qloriya Siber.
Baş məşqçi: Aleksandra Zarvas.
Azərbaycan: 1. Aytac Şərifova, 3. Jalə Məhsimova (17. Vüsalə Hacıyeva, 81), 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 7. Manə Mollayeva, 23. Yeliz Acar (18. Alina Dorofeyeva, 90+2), 21. Aysun Əliyeva (20. Peritan Bozdağ, 46), 10. Kristina Bakarandze, 6. Esra Manya, 2. Diana Məmmədova (11. Vüsalə Seyfəddinova, 46), 9. Sevinc Cəfərzadə.
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 8. Firəngiz Teymurova, 13. Nərgiz Hacıyeva, 14. Coşqunə Əliyeva, 15. Fidan Cəfərova, 16. Nazlıcan Parlak, 19. Milana Rəhimova.
Baş məşqçi: Siyasət Əsgərov.


