Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan millisinin ilk sınağı aprelin 5-də səfərdə olacaq. Yığmamız həmin gün Macarıstanla qarşılaşacaq. Komandamız son oyununa da səfərdə çıxacaq. Milli İsveçrə yığmasının qonağı olacaq.
Qeyd edək ki, AÇ-2025-in final mərhələsi İsveçrədə təşkil olunacaq.
5 aprel
Macarıstan – Azərbaycan
9 aprel
Azərbaycan – İsveçrə
31 may
Azərbaycan – Türkiyə
4 iyun
Türkiyə – Azərbaycan
12 iyul
Azərbaycan – Macarıstan
16 iyul
İsveçrə – Azərbaycan


