AÇ-2025: Millimiz Türkiyə yığmasına səfərdə uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2025) seçmə mərhələsində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv səfərdə Türkiyə yığması ilə üz-üzə gəlib.

B Liqasının 1-ci qrupu çərçivəsində Ərzincandakı “13 şubat” stadionunda keçirilən qarşılaşmanı fransalı hakim Aleksandra Kollin idarə edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə komandasının heyətində qolu 43-cü dəqiqədə penaltidən Ebru Topçu vurub.

Qrupun digər matçında İsveçrə yığması Macarıstan millisini qəbul edib və 2:1 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, Azərbaycan millisi bu qrupdakı ilk matçını səfərdə Macarıstan yığmasına qarşı keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi – 1:1. İsveçrə yığması ilə ev oyununda isə komandamız böyük hesabla uduzmuşdu – 0:4. Türkiyə millisi isə səfərdə İsveçrəyə 1:3 uduzsa da, evdə Macarıstanı 2:1 hesabıyla üstələmişdi.

Millimiz qrupdakı növbəti matçını da Türkiyə yığmasına qarşı keçirəcək. Bu oyun isə Bakıdakı “Dalğa Arena”da baş tutacaq. İyunun 4-də keçiriləcək oyuna saat 19:00-da start veriləcək.

AÇ-2025-in seçmə mərhələsi
B Liqası, 1-ci qrup
31 may

Türkiyə – Azərbaycan 1:0
Qol: Ebru Topçu, 43-pen
Hakimlər: Aleksandra Kollin, Elodie Koppola, Klotilde Brassar, Klemens Qonçalveş (hamısı Fransa).
Ərzincan, “13 şubat” stadionu.

Türkiyə: 1. Selda Akgöz (k), 2. Ümran Özev (21. Kader Hançar, 77), 4. Eda Karataş, 5. Sejde Abrahammson, 17. İlayda Civelek, 6. Meryem Çal (9. Arzu Karabulut, 85), 7. Miray Cin (8. Derya Arhan, 77), 10. Ebru Topçu, 19. Busem Şeker (13. Birgül Sadıkoğlu, 46), 20. Elif Keskin, 16. Ece Türkoğlu.
Ehtiyat oyunçular: 12. Fatma Şahin, 23. Qamze Yaman, 3. Didem Karagenç, 11. Yağmur Uraz, 14. Büşra Kuru, 15. Başak İçinözbebek, 18. Dilara Deli, 22. Narin Yakut.
Baş məşqçi: Necla Güngör Kırağası.

Azərbaycan: 1. Aytac Şərifova, 3. Jalə Məhsimova (11. Vüsalə Seyfəddinova, 55), 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 23. Yeliz Acar, 2. Diana Məmmədova (21. Aysun Əliyeva, 68), 7. Manə Mollayeva, 20. Peritan Bozdağ (16. Nazlıcan Parlak, 90+2), 6. Esra Manya, 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze.
Ehtiyat oyunçular: 12. Günay İsmayılova, 22. Nərgiz Əliyeva, 8. Firəngiz Teymurova, 13. Nərgiz Hacıyeva, 14. Coşqunə Əliyeva, 15. Kamilla Məmmədova, 17. Fidan Cəfərova, 18. Alina Dorofeyeva, 19. Milana Rəhimova.
Baş məşqçi: Siyasət Əsgərov.

Xal: İsveçrə – 9. Türkiyə – 6. Macarıstan – 1. Azərbaycan – 1.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: