“Adana Dəmirspor” bir yeni oyunçu aldı, digəri ilə müqavilə yenilədi

Türkiyənin “Adana Dəmirspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Şimali Makedoniyanın U-21 milli komandasının da üzvü olan Yovan Manevi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı mərkəz müdafiəçi Şimali Makedoniyanın “Breqalniça” klubundan satınalma şərti ilə icarəyə götürülüb.

Yovan Manev ötən mövsüm “Breqalniça”da 30 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Adana Dəmirspor” daha öncə Badu Ndiaye, Kevin Rodriqes, Yusuf Sarı, Ayas Aosman, Abdurrahim Dursun və Ertaç Özbir transferlerini açıqlamışdı.

Yeri gəlmişkən, Adana təmsilçisi yarımmüdafiəçisi Gökhan İnlərlə də yeni müqavilə bağladığını açıqlayıb. 38 yaşlı futbolçu yeni sözləşməyə əsasən daha bir mövsüm bu komandanın uğurları üçün çalışacaq.

Gökhan İnlər 2020-ci ildən “Adana Dəmirspor”un uğurları üçün çalışır. O, daha öncə Türkiyədə “Başakşəhər” və “Beşiktaş”ın da formasını geyinib. İsveçrə yığmasının sabiq üzvü “Aarau”, “Sürix”, “Udineze”, “Napoli” və “Lester Siti”də də çıxış edib. O, İsveçrə millisində 89 oyun keçirib, 7 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: