Adrien Rabyo anasının “güdazına gedibmiş”

“Yuventus”un fransız yarımmüdafiəçisi Adrien Rabyo bu yay transfer pəncərəsində “Mançester Yunayted”in oyunçusu ola bilərmiş.

Arena.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, Rabyo agenti olan anası Veronik Rabyoya görə “qırımızı şeytanlar”a qoşula bilməyib.

Məlumatda Rabyonun anasının maddi istəklərinin Adrien ilə “Mançester Yunayted” arasında əngəl olduğu vurğulanır. Veronik Rabyo “Mançester Yunayted” rəhbərliyindən oğlu üçün mövsümə 10 milyon avro məvaciblə üç illik müqavilə istəyib. O, klubdan oğlu üçün əlavə olaraq 10 milyon avro məbləğində imzalı bonus tələb edib. Müvafiq şərtlər “qırımızı şeytanlar”ı qane etmədiyindən, 28 yaşlı Rabyo 2019-cu ilin yayından bəri oynadığı “Qoca sinyora” ilə müqaviləni yeniləmək məcburiyyətində qalıb.

2022/2023 mövsümündə Adrien Rabyo “Yuventus”un heyətində 48 oyuna çıxıb, 11 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt internet-portalı Adrien Rabyonu 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: