AFFA ən ağır cəzanı “İmişli”yə kəsdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Birinci Liqasının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zaqatala” – MOİK oyununda MOİK-in futbolçusu Xəyal Bədirov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. MOİK klubu buna görə 50 manat cərimə edilib.

“İmişli” – “Şamaxı” oyununda diktor tərəfindən Əsasnamənin tələbləri pozulduğuna görə “İmişli” klubu 50 manat cərimə edilib.

“İmişli” – “Şamaxı” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “İmişli” klubu 100 manat cərimə edilib.

“İmişli” – “Şamaxı” görüşündə Birinci Zonada “A buraxılış”sız şəxslər olduğuna görə “İmişli” klubu 50 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İrəvan” oyununda “İrəvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “İrəvan” klubu 70 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “İrəvan” oyununun 87-ci dəqiqəsində “İrəvan”ın futbolçusu Ruslan Hacıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Buna görə “İrəvan” klubu 200 manat cərimə edilib.

“Araz Saatlı” – “Mingəçevir” oyununda “Araz Saatlı”nın futbolçusu Elşən Mirzəyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Buna görə “Araz Saatlı” klubu 80 manat cərimə edilib.

Xatırladaq ki, Birinci Liqada 3 turdan 7 xala malik “Şamaxı”, MOİK, “İrəvan” və “Karvan” şərikli liderdirlər. “Qaradağ Lökbatan” isə 4 xal toplayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: