AFFA 4 liqa ilə bağlı cəzaları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa, Birinci, İkinci və Əvəzedici Liqalarla bağlı müxtəlif qərarlar qəbul olunub.

Arena.az sizi həmin qərarların siyahısı ilə tanış edir:

Azərbaycan Premyer Liqası, 11-ci tur

“Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığına görə Tovuz komandası 700 manat cərimə edilib. “Kəpəz”in 5 futbolçusu sarı vərəqə aldığına görə Gəncə komandası 700 manat cərimə edilib. Oyun bitdikdən sonra “Kəpəz”in futbolçusu Dioqo Verdaska hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, Gəncə komandası 500 manat cərimə edilib.

“Səbail” – “Sumqayıt” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən komanda 700 manat cərimə edilib. “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib.

Birinci Liqa, 6-cı tur

MOİK – “Karvan” oyununda “Karvan”ın 6 futbolçusu sarı vərəqə aldığına görə Yevlax komandası 70 manat cərimə edilib.

“Qəbələ” – “İmişli” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “İmişli”nin 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedə komanda 70 manat cərimə edilib.

İkinci Liqa, 8-ci tur

“Saatlı-Araz” – “Kür-Araz” oyununda “Saatlı-Araz”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Saatlı komandası 70 manat cərimə edilib.

“Hypers Quba” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar”ın futbolçusu Firuz Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Qusar komandası buna görə 50 manat cərimə edilib. “Hypers Quba”nın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Quba komandası 150 manat cərimə edilib. “Şahdağ Qusar”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Qusar komandası 150 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 11 tur

“Araz-Naxçıvan-2” – “Zirə-2” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan komandası 70 manat cərimə edilib.

“Səbail-2” – “Sumqayıt-2” oyunu Təcili Tibbi Yardım Avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə gec başladığı üçün “Səbail” klubu 100 manat cərimə edilib.

“Sabah-2” – “Neftçi-2” oyununun 90-cı dəqiqəsində “Sabah”ın futbolçusu Stefen Ende təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Sabah” buna görə 150 manat cərimə edilib. “Neftçi”nin futbolçusu Nurlan Musayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. “Neftçi” buna görə 150 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: