Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Liqanın 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Mingəçevir” – “İrəvan” oyununda “İrəvan”ın 5 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyundan öncə baş tutan iclasda “İrəvan”ın nümayəndəsi iştirak etmədiyinə görə sözügedən klub 80 manat cərimə edilib.
“İmişli” – “Zaqatala” oyununda “İmişli”nin 7 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə “İmişli” klubu 100 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – MOİK oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyundan öncəki iclasda təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilib.


