Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Premyer Liqasının 6-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Həmin qərarlarla sizi də tanış edirik:
“İmişli” – “Zirə” oyununda Əsasnamənin 14-cü maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə (media sektora kənar şəxslərin daxil olması) “İmişli” 1000 manat cərimə edilib.
“Qarabağ” – “Qəbələ” oyununun 1-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Prins Ovusu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Qəbələ” buna görə 1000 manat cərimə edilib.
“Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan klubu 700 manat cərimə edilib.
“Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə klubu 5000 manat cərimə edilib.
“Sabah” – “Sumqayıt” oyununun gedişində işıq söndüyünə görə matç 20 dəqiqə gecikdiyi üçün “Sabah” klubu 1000 manat cərimə edilib. “Sabah”da 4 nəfər sarı vərəqə aldığı üçün sözügedən klub 700 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Sabah”ın məşqçisi Castinas Qasiunas hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Paytaxt klubu buna 10000 manat cərimə edilib.


