AFFA “Difai”yə texniki məğlubuyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Premyer Liqa, Əvəzedicilər Liqası və Birinci Liqa ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, bu turnirlərin 2024-cü ilə təsadüf edən sonuncu turlarının oyunları ilə bağlı qərarların siyahısını təqdim edirik:

Azərbaycan Premyer Liqası, 18-ci tur

“Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığına görə Tovuz komandası 700 manat cərimə edilib.

Əvəzedicilər Liqası, 18-ci tur

“Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz”un 6 futbolçusu sarı vərəqə aldığına görə Tovuz komandası 70 manat cərimə edilib. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt komandası da 70 manat cərimə edilib.

Birinci Liqa, 11-ci tur

“İmişli” – “Cəbrayıl” oyununda “İmişli”də 4 nəfər sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib. “Cəbrayıl”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

“Mingəçevir” – “Qəbələ” oyununun 89-cu dəqiqəsində “Mingəçevir”in futbolçusu Elvin Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Mingəçevir” klubu buna görə 50 manat cərimə edilib. Oyunun 90-cı dəqiqəsində “Mingəçevir”in digər futbolçusu Aqil Nəsibov da ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. “Mingəçevir” buna görə də 50 manat cərimə ödəyəcək.

“Difai” – MOİK oyununun 63-cü dəqiqəsində “Difai”nin futbolçusu Bəşir Ayralov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. Oyunun 73-cü dəqiqəsində “Difai”nin futbolçusu Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Difai” buna görə 150 manat cərimə edilib. Oyunun 90+3-cü dəqiqəsində “Difai”nin heyətində adı matçın protokolunda olmayan 10 nömrəli futbolçu Tahir Zeynalov oyuna daxil olduğuna görə “Difai” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. “Difai” buna görə 400 manat cərimə də ödəyəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: