Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa, Birinci Liqa və Əvəzedicilər Liqası ilə bağlı qərarlar açıqlanıb.
Arena.az xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
Azərbaycan Premyer Liqası, 23-cü tur
“Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ”nin futbolçusu Fares Abu Akel ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. “Qəbələ” klubu buna görə 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Birinci Liqa, 16-cı tur
“İmişli” – “Karvan” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “İmişli” 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” 80 manat cərimə edilib. “Karvan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Yevlax klubu 70 manat cərimə edilib. Xərəkdaşıyanların say limiti pozulduğuna görə “İmişli” 80 manat cərimə edilib.
“Araz Saatlı” – “Qaradağ Lökbatan” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə Saatlı klubu 80 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 24-cü tur
“Səbail-2” – “Sabah-2” oyunu bitdikdən sonra “Sabah”ın futbolçusu İdris İnqilablı ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Sabah” buna görə 50 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz”un futbolçusu Cavid Qasımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Tovuz klubu buna görə 50 manat cərimə edilib. “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 70 manat cərimə edilib.


