Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib. Oyun bitdikdən sonra “Kəpəz”in analitiki İlkin Verdiyev hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanıb, Gəncə klubu 4000 manat cərimə edilib.
“Sumqayıt” – “Qəbələ” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə Sumqayıt klubu 1000 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” daha 800 manat cərimə edilib.
“Neftçi” – “Sabah” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib. “Neftçi”nin futbolçusu Yuri Matias ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 500 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.
“Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan”ın 6 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan klubu 700 manat cərimə edilib. “Qarabağ”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Ağdam klubu da 700 manat cərimə edilib.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş oyunlarda aşağıdakı nəticələr qeydə alınıb:
“Zirə” – “Səbail” 2:2
“Turan Tovuz” – “Kəpəz” 4:0
“Sumqayıt” – “Qəbələ” 0:0
“Neftçi” – “Sabah” 0:1
“Araz-Naxçıvan” – “Qarabağ” 2:1


