Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 19-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sabah” – “Neftçi” oyununda “Neftçi”nin 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib. “Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə paytaxt klubu daha 1500 manat cərimə ödəyəcək. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.
“Səbail” – “Zirə” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilib.
“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Tovuz klubu 1500 manat cərimə edilib. “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. Tovuz klubu buna görə də 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib.
Hakimi təhqir edənlərə 5 oyunluq cəza
İntizam Komitəsi AFFA-nın bayrağı altında keçirilən digər müxtəlif yarışlarla da bağlı bəzi qərarlar qəbul edib:
Region Liqasının “Ərgünəş” (Füzuli) – “Mil” (Beyləqan) oyununda “Ərgünəş”in rəsmisi Atəm Ağayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.
Region Liqasının “Araz” (İmişli) – “Ümid” FK (Saatlı) oyununda “Ümid”in futbolçusu Nurlan İsayev təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalandırılıb.
Region Liqasının “Hacıqabul” FK – “Olimpiya” FK (Ağcabədi) oyununda “Olimpiya”nın baş məşqçisi Namiq Quliyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.


