Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 33-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Tovuz klubu 800 manat cərimə edilib. “Neftçi”nin də 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə paytaxt klubu 800 manat cərimə edilib.
“Qarabağ” – “Qəbələ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxs daxil olduğuna görə Ağdam klubu 1600 manat cərimə edilib.
Birinci Divizion komandaları da cəzasız qalmadı
AFFA İntizam Komitəsi Birinci Divizionun 28-ci turunun oyunları ilə də bağlı qərarlar qəbul edib:
“Araz Naxçıvan” – “Səbail-2” oyununda “Araz Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Naxçıvan klubu 80 manat cərimə edilib.
MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK-in futbolçusu Muxtar Nəzərli ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. Onun klubu isə buna görə 20 manat cərimə edilib. MOİK-in fizioterapevti Elxan Əhmədov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Hərbçilər” buna görə də 80 manat cərimə ediliblər. “Qaradağ Lökbatan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 80 manat cərimə edilib.
“Qəbələ-2” – “Neftçi-2” oyununda “Qəbələ”nin futbolçusu Salman Ələsgərov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub isə buna görə 20 manat cərimə edilib. “Neftçi-2” komandasının 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi” 80 manat cərimə edilib.
“Turan Tovuz-2” – “Zaqatala” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Tovuz klubu 80 manat cərimə edilib. “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zaqatala” klubu 80 manat cərimə edilib. “Zaqatala”nın məşqçisi Nəsib Əliyev oyun bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Onun klubu isə buna görə 80 manat cərimə edilib.
“Kəpəz-2” – “Şamaxı-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə Gəncə klubu 40 manat cərimə edilib. “Kəpəz”in azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlədildiyinə görə Gəncə komandası 400 manat cərimə edilib. “Şamaxı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə sözügedən klub 80 manat cərimə edilib.


