Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqasındakı qayda pozuntularına hüquqi qiymət verilib.
Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Premyer Liqası, 3-cü tur
“Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə klubu 700 manat cərimə edilib.
“Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” 800 manat cərimə edilib. Bu oyunda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” 500 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 3-cü tur
“Şamaxı-2” – “Qarabağ-2” oyununda “Qarabağ”ın 5 futbolçusu sarı vərəqə aldığına görə Ağdam komandası 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Turan Tovuz-2” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə komandası 70 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən matç 30 dəqiqə gec başladığına görə “Kəpəz-2” 100 manat cərimə edilib. Bu oyunda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə Gəncə klubu 50 manat cərimə edilib.
“Sumqayıt-2” – “Səbail-2” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 70 manat cərimə edilib. Bu oyunda stadionun texniki zonası xətlənmədiyinə görə “Sumqayıt” klubu 100 manat cərimə edilib. Oyunun matçöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Sumqayıt” klubu 80 manat cərimə edilib.
“Zirə-2” – “Araz-Naxçıvan-2” oyununda “Zirə”nin 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə” klubu 70 manat cərimə edilib.


