AFFA “Turan Tovuz”u 1800 manat cərimə etdi – azarkeşlərə görə

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Birinci Liqa ilə bağlı müxtəlif qərarlar açıqlanıb.

Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Qəbələ” oyununda “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib. “Qəbələ” azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qəbələ” klubuna xəbərdarlıq edilib.

“Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” azarkeşi tərəfindən meydançaya kənar əşya atıldığına görə Tovuz klubu 800 manat cərimə edilib. “Turan Tovuz” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Tovuz klubu 1000 manat cərimə edilib. Qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödəniləcək.

“Səbail” – “Sabah” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 700 manat cərimə edilib.

MOİK-in hakimləri təhqir edən məşqçisinə 5 oyunluq cəza

AFFA İntizam Komitəsi Birinci Liqanın 15-ci turunun oyunları ilə də bağlı qərarlar qəbul edib:

MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK-in məşqçisi Orxan Səfiyarov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb. MOİK klubu buna görə 400 manat cərimə edilib. MOİK-in futbolçusu Nazim Məmmədzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. MOİK buna görə də 200 manat cərimə ödəyəcək. Oyundan öncəki iclasda təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə MOİK klubu 80 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın futbolçuları meydançanın kənarında isinmə hərəkəti zamanı qaydaları pozduğuna görə sözügedən klub 50 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın futbolçusu Rayan Qubero rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 80 manat cərimə edilib.

“Karvan” – “Araz Saatlı” oyununda “Araz Saatlı”nın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Bu oyunda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilib.

“İrəvan” – “Mingəçevir” oyununda “İrəvan” protokolu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “İrəvan” klubu 100 manat cərimə edilib. Oyunda xərəkdaşıyanların say limiti pozulduğuna görə “İrəvan” klubu 80 manat cərimə edilib.

“Zaqatala” – “İmişli” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Zaqatala” klubu 80 manat cərimə edilib. “İmişli”nin 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: