Bu gün Peşəkar Futbol Liqasında (PFL) AFFA nümayəndəsi, bu il 70 illik yubileyini qeyd etmiş Ramiz Mustafayevlə görüş keçirilib.
Arena.az xəbər verir ki, mərasimdə AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL prezidenti Elxan Səmədov, icraçı-direktor Zaur Hacı-Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.
AFFA nümayəndəsi kimi fəaliyyətini yekunlaşdıran Ramiz Mustafayevə xidmətlərinə görə təşəkkür edilib. Keçmiş AFFA nümayəndəsinə hədiyyələr təqdim olunub.



