AFFA Yassin Benzyanı 5 oyunluq cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Azərbaycan Kubokunun final oyunu ilə bağlı qərarlar qəbul edilib.

Arena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda “Qarabağ”la “Sabah” arasında keçirilmiş həlledici oyunla bağlı cəzalar açıqlanıb:

Azərbaycan Kuboku, Final

“Qarabağ” – “Sabah” oyununda “Qarabağ”da 4 nəfər sarı vərəqə aldığı üçün Ağdam klubu 700 manat cərimə edilib.

“Qarabağ” – “Sabah” oyununun 120-ci dəqiqəsində “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Ağdam klubu buna görə 1500 manat cərimə edilib.

“Qarabağ” – “Sabah” oyununun 120-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Yassin Benzya hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb. Ağdam klubu buna görə 3000 manat cərimə edilib.

“Qarabağ” – “Sabah” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Ağdam klubu 1500 manat cərimə edilib.

“Qarabağ” – “Sabah” oyununda “Sabah”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün paytaxt klubu 700 manat cərimə edilib.

“Qarabağ” – “Sabah” oyununda “Sabah”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” 1500 manat cərimə edilib.

Birinci Liqa, Pley-off

Birinci Liqada pley-offun “Difai” – “Hypers Quba” oyununda “Hypers Quba”nın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Quba klubu 150 manat cərimə edilib.

İkinci Liqa, Pley-off

İkinci Liqada pley-offun “Lerik” – “Şirvan” oyununda “Lerik”in 4 futbolçusu sarı vərəqə aldığı üçün “Lerik” 70 manat cərimə edilib.

“Lerik” – “Şirvan” oyununda “Şirvan”da 4 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: