Aksel Disasi London nəhənglərinin “radar”ında

İngiltərənin “Çelsi” və “Arsenal” klubları “Monako”nun fransız müdafiəçisi Aksel Disasi uğrunda bəhsə giriblər.

Arena.az “RMC Sport”a istinadən xəbər verir ki, London təmsilçiləri Disasi ilə bağlı müraciət etsələr də, knyazlıq klubuna konkret təklif irəli sürməyiblər.

London nəhənglərinin marağına rəğmən, Disasi uğrunda potensial mübarizənin əsas favoriti hələ də “Mançester Yunayted”dir.

Xatırladaq ki, “qırmızı şeytanlar”ın bu marağı haqda daha əvvəl də məlumat verilmişdi.

2022/2023 mövsümündə Aksel Disasi “Monako”nun heyətində 49 oyuna çıxıb, 6 qol vurub, 4 məhsuldar ötürmə verib.

Disasinin “Monako” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Disasini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi izləyin: