Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Niderlandın “Feyenoord” klubunun yarımmüdafiəçisi Leroy Feri transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. O, yeni komandasında “4” nömrəli formanı geyinəcək.
Fer “Alanyaspor”a azad agent kimi keçib. O, “Feyenoord”un öz yetirməsidir. 2011-ci ildə bu klubdan ayrılan və “Tvente”, “Norviç Siti”, KPR, “Suonsi Siti” kimi komandalarda top qovan yarımmüdafiəçi, 2019-cu ildə yenidən doğma klubuna qayıtmışdı. Leroy Fer Niderland yığmasında da 11 oyuna çıxıb, 1 qol vurub.


