İspaniyanın baş naziri vəzifəsinə namizəd siyasətçi Alberto Nunyes Feyxoo Avropa Super Liqası ideyasını tənqidlə çıxış edib.
Arena.az bu barədə AS portalına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Xalq Partiyasının lideri Alberto Nunyes Feyxoo müvafiq ideyanın idmanla deyil, iqtisadiyyatla bağlı olduğunu hesab edir.
Feyxoo yeni Avropa klub turnirinin layihəsi ilə bağlı sualı cavablandırıb:
- “Real”, “Barselona” və “Yuventus”un təşkil etmək istədiyi Super Liqa haqda fikiriniz nədir?
- Mən hesab edirəm ki, idman yalnız iqtisadiyyat deyil. Hər şey qəbz dəftərçəsinə yönləndirildikdə, çox idman dəyərləri tənəzzülə başlayır.
Açığı, biz vəziyyəti sadəlövhlüklə ideallaşdıra bilmərik, amma futbolu da əmtəəyə çevirmək olmaz. Təhlükəli sərhədləri keçməyə dəyməz.
Xatırladaq ki, müvafiq ideya UEFA və həmçinin İngiltərə, İtaliya və İspaniya futbol assosiasiyaları tərəfindən bəyənilmir və adı çəkilən qurumların bu ideyaya qarşı müştərək cəza tədbirləri planı işlənib. Super Liqada iştirak edəcək klubların və futbolçuların milli, Avropa və dünya səviyyəli turnirlərdə iştirakına qadağa qoyulacaq, futbolçular həmçinin yığma komandaların heyətində iştirak hüququnu itirəcəklər.


