Futbol üzrə Madaqaskar milli komandasının və Fransanın “Sedan” klubunun hücumçusu Aleksandr Ramalinqom “Səbail”ə transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Ramalinqomla 1 illik müqavilə imzalanıb.
Aleksandr Ramalinqom karyerası ərzində “Marinyan”, “Balajn”, “Ayaçço”, “Marinyan Cinyak”, “Bezye” (hamısı Fransa), “Virton” (Belçika) klublarının uğurları üçün çalışıb. 30 yaşlı futbolçu Madaqaskar millisində 8 qarşılaşma keçirib.
Ramalinqom 2020-ci ilin sentyabr ayından formasını geyindiyi “Sedan”da 70 oyun keçirib, 30 qola imza atıb.
“Səbail” daha öncə Yusif Nəbiyev, Süleyman Əhmədov, Rüfət Abdullazadə, Səlahət Ağayev, Bahadur Həziyev, Amil Yunanov, Nir Bardea, Yadin Luqasi, Pana və Pedro Nunonu da heyətinə qatmışdı.
Vüqar Həsənov, Cabir Əmirli və Samir Abdullayevlə də yeni müqavilə bağlayan paytaxt klubu Emil Martinov, Qoba Zakpa, Luvaqa Kizito, Qustavo de Fransa, Franko Mazurek, Petro Stasyuk, Ruslan Hacıyev, Murabdulla Abbasov, Nihad Qurbanlı, Turan Manafov, Maksim Çex və Emil Balayevlə də yollarını ayırıb.


