Almaniya Bundesliqasında 17-ci tura yekun vuruldu

Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Frayburq” doğma meydanda “Bayer”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Tura “Köln” – “Ştutqart” matçıyla yekun vurulub. Bu oyunda da meydan sahibləri 3 xala sevinən tərəf olub.

Almaniya Bundesliqası
17-ci tur
17 dekabr

Bayern – Volfsburq 4:0
Qol: Müller, 7. Upamekano, 57. Sane, 59. Levandovski, 87.

18 dekabr

Ayntraxt – Maynts 1:0
Qol: Lindstrom, 35.

Bohum – Union Berlin 0:1
Qol: Kruse, 16.

Qroyter – Auqsburq 0:0

Leyptsiq – Arminiya 0:2
Qol: Serra, 57. Okuqava, 75.

Hoffenhaym – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Akpoquma, 90+1 – Embolo, 35.

Herta – Borussiya (Dortmund) 3:2
Qol: Belfodil, 51. Rixter, 57; 69 – Brandt, 31. Tiqqes, 83.

19 dekabr

Frayburq – Bayer 2:1
Qol: Qrifo, 33-pen. Şade, 84 – Aranqis, 45+1.

Köln – Ştutqart 1:0
Qol: Modeste, 89.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: