Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, yarımfinala vəsiqə uğrunda mübarizə aparacaq 8 komanda aşağıdakı kimi cütlərə bölünüb.
“Leypsiq” bu mərhələdə 2-ci Bundesliqa təmsilçisi “Hannover”lə üz-üzə gələcək. “Union Berlin” “Sankt-Pauli”yə, “Hamburq” “Karlsrue”yə rəqib olub.
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları 1-2 martda keçiriləcək.
Almaniya kuboku
1/4 final mərhələsi
1-2 mart
Union Berlin – Sankt-Pauli
Hamburq – Karlsrue
Hannover – Leypsiq
Bohum – Frayburq


