Almaniya kubokunda 1/4 finala yüksəldi – “Frayburq”la “Ayntraxt”

Futbol üzrə Almaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Ayntraxt” – “Darmştadt” matçında meydan sahibləri qələbəyə seviniblər. Səfərdə “Sandhauzen”lə qarşılaşan “Frayburq” da inamlı qələbə sayəsində 1/4 finala yüksəlib.

Xatırladaq ki, daha öncə “Ştutqart”, “Union Berlin”, “Leypsiq” və “Bayern” də 1/4 finala vəsiqə qazanmışdılar.

Almaniya kubokunda 1/8 final mərhələsinin qalan iki oyunu sabah keçiriləcək.

Almaniya kuboku
1/8 final
31 yanvar

Paderborn – Ştutqart 1:2

Union Berlin – Volfsburq 2:1

1 fevral

Leypsiq – Hoffenhaym 3:1

Maynts – Bayern 0:4

7 fevral

Sandhauzen – Frayburq 0:2

Ayntraxt – Darmştadt 4:2

8 fevral

21:00. Nürnberq – Fortuna (Düsseldorf)
23:45. Bohum – Borussiya (Dortmund)

Xəbəri sosial şəbəkələrdə paylaş: