Almaniya kubokunda bütün yarımfinalçılar bəlli oldu

Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Səfərdə “Hannover”lə qarşılaşan “Leypsiq” 4 cavabsız qolla qalib gələrək yarımfinala yüksəlib.

Dörd qolun qeydə alındığı “Hamburq” – “Karlsrue” matçında əsas vaxt heç-heçə bitib. Qalib isə penaltilər seriyasında müəyyənləşib. Sonda sevinən tərəf “Hamburq” olub.

Son olaraq səfərdə “Bohum”u üstələyən “Frayburq” da növbəti mərhələyə yüksəlib.

Daha öncə “Union Berlin” yarımfinala yüksəlmişdi.

Almaniya kubokunda yarımfinal mərhələsinin püşkatma mərasimi martın 6-da təşkil olunacaq.

Almaniya kuboku
1/4 final

1 mart

Union Berlin – Sankt Pauli 2:1
Qol: Bekker, 45. Voqlzammer, 75 – Kyereh, 21.

2 mart

Hamburq – Karlsrue 2:2 (penaltilər 3:2)
Qol: Qlatsel, 52; 90+1 – Hayse, 40. Hofmann, 50.

Hannover – Leypsiq 0:4
Qol: Nkunku, 17; 22. Laymer, 67. A.Silva, 73.

Bohum – Frayburq 1:2
Qol: Polter, 64 – Petersen, 51. Sallai, 120.

Xəbəri sosial şəbəkələrdə paylaş: